“ Məhsulunuz  Danışsın “ innovativ tətbiqetmə Müasir Qadın və Cəmiyyət İB tərəfindən  Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və  Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və İnnovasiya Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilən “Sahibkar qadınlara İnnovativ rəqəmsal dəstək “ layihəsi çərçivəsində hazırlanmışdır.
Proqram Azərbaycanda kiçik və orta bizneslə məşğul olan qadın sahibkarların
innovativ marketinq , piar, brendləşmə xidmətlərinin tətbiqinə və KOB subyektlərin innovasiyalaşmasına dəstək olmaq məqəsdi ilə yazılmışdır.
Proqram istehlakçılara daha asan və faydalı  məhsulların əldə etməsi üçün çox əhəmiyyətlidir . Proqram həmçinin istehlakçılarınyaradır  məhsul əldə etməsində bərabər imkanlar  inkulizivliyin təmin olunmasına əstək olur. Bütün müştərilərin həmçinin  görmə və eşitmə əngəlli insanların , yaşlıların  məhsulların üzərində xırda hərflərlə yazılmış etiketlərin  oxunmasında  çətinlik çəkir,  məhsulun nə qədər faydalı olması barəsində məlumat əldə edə bilmədikləri üçün   çox vaxt məhsulu almaqdan imtina edirlər . Bu proqram istehlakşıların asan və rahat vasitə ilə məhsul barəsində məlumat almalarına dəstək olacaqdır . Elm texnika inkişaf edir dünyada hər şey sürətlə  innovasiyalaşır artıq  ənənəvi xarakter daşıyan məlumatlar faydasını itirir.  Soyuq divara asılmış posterlər və ya xırda etiketli məhsullar bəzən rəqabətə dözməyərək bazardan çıxır . Bu proqram həm sahibkarların həm də istehlakçıların  qayğılarının azalması , keyfiyyətli xidmət  , və məhsulların piarını təmin edəcəkdir .
 “Məhsul Danışsın” Proqramında 15 KOB subyektinin məhsul və xidmətləri
rəqəmsallaşmışdır. 
Tətbiqetməni yükləyərək məhsulun üzərinə açılan kameranı
yaxınlaşdıraraq məhsulun haqında məlumat verməsini izləyə bilərsiniz.
Əlavə suallarınız olarsa  
[email protected]  ünvanına müraciə edə bilərsiniz..