Bu çətin günləri evdə keçirmək bəlkə də bizi darıxdıra bilər. Lakin yalnız birlikdə bu vəziyyətdən çıxa bilərik. Bu səbəbdən EVDƏ QAL tətbiqi yaranmışdır. Artıq ölkədəki və dünyadakı son durumu izləyərək nəyin, harada və necə baş verdiyini asanlıqla izləyə biləcəksiniz. Güncəl və statistik məlumatlar hər zaman sizi məsələdən xəbərdar tutmuş olacaq.
Amma, bəzən müxtəlif tələbatlarımız üçün evdən çıxmaq vacib hal almaqdadır. Bunun üçün (8103) SMS göndərərkən hər dəfə eyni sənədləri axtarmaq yorucu ola bilər. EVDƏ QAL ilə özünüz və yaxınlarınızı qısa zamanda telefonunuza qeyd edərək anlıq icazə mesajı göndərə biləcəksiniz.
Layihənin məqsədi insanları gündəmdə qorumaq və mövcud vəziyyəti mümkün qədər komforta çevirməkdir. Xidmətimizdə heç bir maddi qazanc gözlənilməməkdədir.
Sistemdən alına biləcək icazələr:
1. "Telefon" (telefon zəngi) icazəsi: Sadəcə Android 6 və daha öncəki əməliyyat sistemli cihazlarda icazə mesajı üçün istifadə olunur. Yeni cihazlarda isə buna gərək yoxdur.
#evdəqal #dünyanıxilaset